image-3backend

İran: Heç vaxt nüvə silahı proqramımız olmayıb və olmayacaq

İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etmək ardınca getməsi ilə bağlı açıqlaması ilə bağlı İranın heç vaxt nüvə silahı proqramı olmayıb və olmayacaq deyib.

Elchi.az bu barədə Reuters-ə istinadən xəbər verir.

İslami Tehranda keçirilən Nazirlər Şurasının iclasından sonra mətbuata verdiyi açıqlamada Trampın İranla bağlı açıqlamalarını dəyərləndirib. Trampın İranın nüvə silahına malik olmaması ilə bağlı açıqlamasının “aydın məqam” olduğunu bildirən İslami, “İranın heç vaxt nüvə silahı proqramı olmayıb və olmayacaq. İran təhlükəsizlik yoxlaması razılaşması və NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində dinc nüvə fəaliyyətlərini davam etdirir.

Dünən Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməkdə təqsirli bilindikdən sonra barəsində həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul etdiyi görüşdə ABŞ prezidenti Tramp İranın nüvə silahına sahib olmağa çox yaxın olduğunu və bunun qarşısını alacaqlarını bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki