image-kuresel-isinma-2077012_1backend

İnsanlar üçün çox isti olan ərazilər əsrin sonuna qədər üç dəfə arta bilər

Dünyada orta temperatur artmaqda davam etdikcə alimlər Paris razılaşmasında müəyyən edilmiş iqlim hədəfinə əməl olunsa belə, planetin çox isti olacağı və həyat üçün əlverişli ərazilərin azalacağı barədə xəbərdarlıq edirlər.
Elchi.az xəbər verir ki, dünyada orta temperatur sənayedən əvvəlki dövrlə müqayisədə artıq 1,5 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, bu dəyər daha yarım dərəcə artarsa, hətta sağlam bir yetkin insanın belə yaşaması mümkün olmayan torpaq sahəsi üç dəfə artacaq.
Bu o deməkdir ki, ABŞ ölçüsündə bir torpaq kütləsi yararsız hala düşəcək.
60 yaşdan yuxarı insanlar üçün risk daha da böyükdür. Hazırda dünyanın yüzdə 21-də yaşaya bilməyən bu yaş qrupu, temperatur yüksəlməyə davam edərsə, quru kütlələrinin 35 faizində yaşaya bilməz.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki