image-sc-aquarium-nile-crocodile-edit1backend

İndoneziyada timsah hücumu: 10 yaşlı uşaq itkin düşüb

İndoneziyanın Borneo adasında çayda timsahın hücumuna məruz qalan uşaq itkin düşüb.
Elchi.az xəbər verir ki, rəsmilər cümə axşamı bildiriblər ki, 10 yaşlı uşaq çərşənbə axşamı Qərbi Kalimantan əyalətində çaya girib. Hadisə şahidi dostunun sözlərinə görə, 4 metr uzunluğundakı timsah oğlana hücum edərək onu axına sürükləyib. “Onun dostu timsahın suyun səthinə çıxdığını və uşağa hücum etdiyini, sonra onu axına sürüklədiyini görüb”, – polis rəisi Rachmatul İsani Fachri bildirib. Bildirilib ki, ata övladını tapmaq üçün sürət qayığı ilə çayda axtarış aparıb, lakin hələlik heç bir nəticə əldə edilməyib. “Axtarış-xilasetmə qrupu və yerli əhali itkin düşən uşağı tapmaq üçün səylərini davam etdirir”, – Rachmatul bildirib.
Fevralın 7-də həmin kənddə daha bir timsah hücumu baş verib. 6 yaşlı Cristian Ricardo çayda timsahın hücumuna məruz qalıb. Axtarış yeddi gün davam etdi, lakin Rikardo tapılmadı və səlahiyyətlilər, uşağın öldüyünə inandıqlarını və buna görə də səylərini dayandırdıqlarını bildirdilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki