image-isvicrede-iki-tehlikeli-mahkum-hapishaneden-kacti-lmdfbackend

İki təhlükəli məhbus həbsxanadan qaçdı!

İsveçrənin Bazel şəhərində həbsxanada olan iki əcnəbi məhbus qaçmağı bacarıb.
Elchi.az xəbər verir ki, hər ikisinin ağır cinayət törətdiyinə görə həbsxanada olan məhbusların necə qaçdıqları hələlik məlum deyil.
Məhkumlardan biri 37 yaşlı Əlcəzair vətəndaşıdır. İsveçrə KİV-i SRF-nin məlumatına görə, bu məhbus digər cinayətlərlə yanaşı, qəsdən adam öldürmə, hücum və quldurluqda ittiham olunur.
Digər qaçaq isə 22 yaşlı tunislidir. Bu məhbus həm də əmlakı məhv etməkdə, qeyri-qanuni yollarla İsveçrəyə girməkdə ittiham olunur.
İki nəfərin qaçdığı Bässlergut həbsxanası Almaniya sərhədində yerləşir.
İsveçrə rəsmiləri bildiriblər ki, polis qaçanları beynəlxalq səviyyədə axtarır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki