Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın şimalındakı Səda şəhərinə hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, məsələ ilə bağlı məlumat Husilərə bağlı Əl-Məsirə televiziyasının xəbərlərində verilib.
Xəbərdə ABŞ-ın hücumunda Səda şəhərinin Mecez rayonunun Tahiyye bölgəsinin hədəf alındığı bildirilib.
Televiziya hesabatında hücumun təfərrüatları verilməyib.
Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində yerləşən Səda şəhəri husilərin ən mühüm mərkəzlərindən biri kimi tanınır.
ABŞ Yəmənə hava zərbələri endirib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini və ya İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqladılar.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi verdiyi açıqlamada, ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və onlar hücumlarını davam etdirdikcə, dəniz naviqasiyasındakı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını açıqlayıb.
Şayəstə Hüseynova