image-artvin-cig-aa-2294740_1backend

Hindistanda qar uçqunu altında qalan 41 nəfər xilas edilir

Bildirilib ki, Hindistanın Uttarxand əyalətində qar uçqunu altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərinə çatmaq üçün işlər aparılır.
Elchi.az Hindustan Times-a xəbər verir ki, səlahiyyətlilər əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın ərazidə qar uçqunu olduğunu bildiriblər.
Səlahiyyətlilər ilkin məlumatlara görə, 57 nəfərin uçqun altında qaldığını və onlardan 16-nın xilas edildiyini bildirib.
Səlahiyyətlilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkərək, itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki