image-imagesbackend

Hindistanda məşəl yandıran anım tədbirində 30 nəfər yandı

Hindistanda keçirilən anım tədbirində məşəllərdən tullanan alovların nəzarətdən çıxması nəticəsində ən azı 30 nəfər yaralanıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Elchi.az xəbər verir ki, 2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Xandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən tədbirdə fəlakətin astanasından qaçıb.
Dünən axşam saatlarında keçirilən tədbirdə alovlandırılan məşəllər mərasimin sonunda söndürülməsi üçün tərsinə çevrilərək su ilə doldurulmuş qaba qoyularkən, birdən ətrafı alov bürüdü. Alov onlarla insanın cəsədini bürüdüyündən böyük panika yaşanıb. Çoxlu adam ətrafa qaçıb və alov qısa zamanda söndürülüb.
Polisin verdiyi açıqlamada qadın və uşaqların da olduğu 30 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi, xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki