Görünür, Rusiya silahlarının Azərbaycana yeni, miqyaslı tədarükü nəzərdə tutulub və Moskva erməni tərəfini əvvəlcədən buna hazırlayır.
Alp.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin sözlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiya idarəolunan raket və bomba silahlarının tam dəsti ilə birlikdə MiQ-35 və ya Su-35 qırıcılarının, ZRS S-400, ZRK “Tor-M2” və digər növ silahların satılması ilə əlaqədar Azərbaycanla müqavilə bağlaya bilər.axar