image-ismayil-heniyye_qezzabackend

HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb 

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Tehranda qətlə yetirilib.

Alp.az-ın xəbərinə görə, bu barədə İran mediası məlumat yayıb.

İran dövlət mətbuat orqanları HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürüldüyünü bildirib. Bu gün səhər saatlarında onun Tehrandakı iqamətgah raket hücumuna məruz qalıb. Hadisənin təfərrüatları haqda isə daha sonra açıqlanacağı qeyd edilib.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hadisə ilə bağlı bəyanat verib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki