image-israil-hapishane-1backend

HƏMAS: İsrail həbsxanalarda fələstinliləri yavaş-yavaş edam etməyə davam edir

HƏMAS bildirib ki, İsrail həbsxanalarda fələstinli məhbusları qəsdən və yavaş-yavaş edam edir.
Elchi.az xəbər verir ki, HƏMAS Qəzza zolağında saxlanılan fələstinli Əli Aşur Əli Batşın İsrailin Nəcəf həbsxanasında vəfat etməsindən sonra yazılı açıqlama verib.
“İsrailin həbsxanada fələstinlilərə qarşı qəsdən və yavaş-yavaş edamlardan istifadəni davam etdirməsi işğalçı qüvvələrin vəhşiliyini, onların bütün insani dəyərlərə malik olmadığını və məhbusların hüquqları ilə bağlı bütün beynəlxalq norma və razılaşmaları tamamilə inkar etdiyini təsdiqləyir”, – bəyanatda deyilir.
Qeyd olunub ki, İsrail həbsxanalarında artan qəddarlıq İsrail hökumətinin fələstinliləri sistemli şəkildə qətlə yetirmək siyasətinin nəticəsidir.
Bildirilib ki, İsrailin yürütdüyü bu siyasətdə qəsdən tibbi laqeydlik, fiziki və psixoloji işgəncələr, təkadamlıq kameralara salınma və ən əsas insan hüquqlarından məhrumetmə kimi ciddi pozuntular və cinayət əməlləri var.
HƏMAS İsrailin fələstinli məhbusları hədəfə almaq və məhv etmək yanaşmasını davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib və bu təcrübələrin onların əzmlərini və tezliklə azad ediləcəyinə olan ümidlərini məhv etməyəcəyini vurğulayıb.
Həmas fələstinliləri və bütün insan haqları və humanitar təşkilatları “ fələstinli məhbuslara dəstək və yardım göstərmək üçün daha çox iş görməyə və onların işini dəstəkləmək üçün bütün təzyiqləri gücləndirməyə” çağırıb .
Fələstin Azadlıq Təşkilatı (FAT) ilə Fələstin Əsirlər Dərnəyinə bağlı Əsir və Azad Edilənlər Nümayəndəliyinin dünən verdiyi ortaq açıqlamada, İsraildə nəzarətə alınan Qəzzalı 62 yaşlı Batşın vəfat etdiyi açıqlanıb.
Açıqlamada 25 dekabr 2023-cü ildə Qəzzada nəzarətə alınan və İsrailin Necef həbsxanasında saxlanılan Batşın 21 fevralda xəstəxanaya aparıldıqdan sonra vəfat etdiyi, Qəzza zolağının şimalındakı Cibaliya bölgəsinin sakini olan Fələstinlinin evli və 6 uşaq atası olduğu paylaşılıb.
İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri həbsxanalarda həyatını itirən fələstinlilərin sayı 62-yə yüksəldi; Onlardan 40-nın Qəzza zolağından olduğu bildirilib.
Bundan əlavə, 1967-ci ildən bəri İsrail həbsxanalarında ölən şəxsiyyətləri məlum olan fələstinlilərin sayının 299 olduğu bildirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki