Gürcüstandakı ruslar insanların sıx olduğu yerlərə getməməyə çağırılıb.
Elchi.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, belə bir mühüm xəbərdarlıq İsveçrənin Zaqafqaziya Respublikasındakı səfirliyinin Rusiya maraqları bölməsində verilib.
Eyni zamanda diplomatlar vurğulayıblar ki, ölkədə mövcud siyasi qarşıdurma rusiyalı turistlər üçün birbaşa təhlükə yaratmır.
“Bununla belə, Gürcüstan ərazisində yerləşən bütün vətəndaşlarımıza imkan daxilində insanların sıx toplaşdığı yerlərə, nümayiş və etiraz aksiyalarının keçirildiyi yerlərə getməməyi tövsiyə edirik”, – deyə o əlavə edib.
Bundan başqa, diplomatik missiyanın əməkdaşları vurğulayıblar ki, noyabrın 25-i bazar ertəsi axşam saatlarına olan məlumata görə, kütləvi siyasi aksiyalarla bağlı Rusiya vətəndaşları bölməsinə müraciətlər qeydə alınmayıb.
Bundan əvvəl Tbilisidə oktyabrda keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətçilərin yeni etiraz aksiyalarına başladığı bildirilib. Nümayişçilər Qəhrəmanlar meydanını bağlayıblar.
Yeganə