ABŞ-ın Virciniya ştatında ovçu ağacın üstündə ayı vuran zaman heyvan yıxılaraq onun altında dayanan 58 yaşlı Lester C.Harvini əzərək onun ölümünə səbəb olub.
Elchi.az xəbər verir ki, ABŞ-ın Virciniya ştatında 58 yaşlı Lester C. Harvey ov qəzası nəticəsində dünyasını dəyişib. Dekabrın 9-da Lunenburq bölgəsində baş verən hadisədə ovçu qrupdakı bir şəxs ayını ağaca vurub və heyvan ağacın altında Harvinin üzərinə düşüb.
Virciniya Vəhşi Təbiət Resursları Departamentindən verilən açıqlamaya görə, ovçu qrup ayını izləyərkən, heyvan ağaca dırmaşıb. Qrup ağacın altından uzaqlaşmaq istəyərkən bir ovçu ayını vurub. Təxminən 3 metr hündürlüyü olan ağacdan yıxılan ayı ağacın dibində dayanmış Harvini vurub.
Şayəstə Hüseynova