Məlum olub ki, “Google Street View” tətbiqindən götürülmüş görüntü İspaniyanın şimalındakı bir şəhərdə baş vermiş qətl hadisəsinin açılması üçün kritik ipucu verib.
Elchi.az xəbər verir ki, polis deyir ki, proqram bir adamın avtomobilinin baqajına böyük ağ plastik torba yerləşdirdiyi anı lentə alıb və bunun qurbanın cəsədinin yerindən daşındığı an olduğu iddia edilir.
“Google Street View” bütün dünyada küçələrə kameralarla təchiz edilmiş avtomobillər tərəfindən baxmağa imkan verir.
Bu hal Google avtomobillərinin 15 ildən sonra Tajueco şəhərinə səfər etdiyi zaman qeydə alınıb.
Hadisə ilə bağlı ötən ay iki nəfər saxlanılıb.
Şübhəlilər ötən ilin oktyabrında yoxa çıxan və ötən həftə qəbiristanlıqda parçalanmış halda tapılan şəxsin ölümünə görə məsuliyyət daşımaqda ittiham olunurlar.
Səlahiyyətlilərin dediyinə görə, başqa bir fotoşəkil dəsti təkər arabasında böyük ağ paket daşıyan bir adamın bulanıq siluetini göstərdi.
Lakin polis bu görüntülərin işin həllində “həlledici” olmadığını vurğulayıb.
Şayəstə Hüseynova