image-thumb-3backend

Gömrük nəzarətindən gizlədilən alkoqollu içkilər aşkarlandı

Daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Elchi.az-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçasında gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0,7 litrlik alkoqollu içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki