image-675ba9fd-deb6-32b3-8059-a4ce3b9e2519_850backend

Füzulidə ANAMA əməkdaşları yol qəzasına düşüb, xəsarət alanların son durumu açıqlanıb

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.

Bu barədə  Elchi.az – a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüddlü Bəylərzadə Ramiz və 1990-cı il təvəllüdlü Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

“İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib”.

TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.

Qeyd olunub ki, yaralılara lazımi tibbi müdaxilələr edilib, onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyətləri ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər.

Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır.

Rus versiya
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki