image-27backend

Fransiskin tabutu Müqəddəs Pyotr Bazilikasına aparıldı 

Papa Fransiskin cəsədi olan tabut Müqəddəs Pyotr Bazilikasına gətirilib, burada dindarlar pontifiklə vidalaşa biləcəklər.

Elchi.az xəbər verir ki, bundan əvvəl qısa bir liturgiya keçiriləcək, sonra tabutla yürüş pontifikin yaşadığı və öldüyü Müqəddəs Marta Evindən Müqəddəs Pyotr meydanından keçərək kafedrala doğru aparılacaq.

Fransiskin vəsiyyətinə görə, o, bir çox sələflərinin dəfn olunduğu Santa Maria Maggiore Bazilikasında dəfn ediləcək.

Xatırladaq ki, Roma Papası Fransisk bazar ertəsi-aprelin 21-i səhər saatlarında, 88 yaşında vəfat edib.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki