image-snimok-yekrana-153backend

Fransada restorana silahlı basqın nəticəsində 5 nəfər ağır yaralanıb

Fransanın qərbindəki Puatye şəhərində restorana silahlı hücum nəticəsində 5 nəfər ağır yaralanıb.
Elchi.az xəbər verir ki, ötən gecə Couronneries rayonunda restorana silahlı hücum edilib.
Hadisə zamanı biri 15, ikisi 16 yaşlı 5 nəfər ağır yaralanıb.
Polis rəsmilərinin açıqlamasına görə, 15 yaşlı gənc başından güllə yarası alıb.
Hadisəyə təhlükəsizlik qüvvələri müdaxilə edib.
Daxili işlər naziri Bruno Retalleau hücumun “rəqib dəstələr arasında döyüş” nəticəsində baş verdiyini və narkotik ticarəti ilə bağlı olduğunu bildirib. Nazir Retailleau deyib ki, Poitiers Prokurorluğunun məlumatına görə, hadisə ilə bağlı 400-600 nəfər var.
Poitiers Bələdiyyə Başçısı Leonore Moncond’huy məsələ ilə bağlı X hesabında yazdığı yazıda “zorakılığın qəbuledilməz olduğunu” söylədi. Moncond’huy hadisəyə tez bir zamanda aydınlıq gətirilməsini və cinayətkarların tutulmasını istəyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki