image-ee5eaa58-ac89-39e3-8e06-d5b6832183c5_850backend

Finlandiya Rusiya ilə sərhəddə səddin tikintisini vaxtından əvvəl başa çatdıracaq

Finlandiya-Rusiya sərhədində təxminən 200 km uzunluğunda səddin tikintisi işləri qrafiki qabaqlayır və böyük hissəsi 2025-ci ildə başa çatdırılacaq.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Xidmətinin rəhbəri Markku Hassinen bildirib.

“Səddin tikintisi əsasən bu il başa çatdırılacaq. Yalnız bəzi hissələr 2026-cı ildə tamamlanacaq”, – “Yle” ictimai yayımçısı onun sözlərindən sitat gətirib. Portalda bildirir ki, bundan əvvəl səddin tikintisinin yalnız 2026-cı ilin sonuna qədər başa çatdırılacağı gözlənilirdi.

Xatırladaq ki, 2022-ci ilin iyununda Finlandiyanın Daxili İşlər Nazirliyi (DİN) hökumətin “hibrid xarakterli təhdidlərlə” mübarizəyə hazırlaşmaq üçün Rusiya ilə sərhəddə maneələrin quraşdırılmasını planlaşdırdığını açıqlayıb. 2024-2026-cı illər ərzində təxminən 200 km uzunluğunda maneənin tikintisi nəzərdə tutulurdu. 2024-cü ilin martında DİN Rusiya ilə sərhəddə səddin sürətli templə tikintisi üçün 74 milyon avro ayırmağı təklif edib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki