image-cb0387bc-fdb9-3060-97d5-969785a2ad17_850backend

Filippinin şimalında güclü zəlzələ olub

Filippinin şimalında 5,6 maqnitudalı zəlzələ olub.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətə görə, zəlzələnin episentri əhalisi təxminən 25 min nəfər olan Paqudpud şəhərindən 2 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 50 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 10:56-da (Bakı vaxtı ilə 06:56) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki