Ukrayna prezidenti Volodimir Zelenski müharibənin bitməsi ilə bağlı ilk danışıqların yeni seçilmiş prezident Donald Trampla aparılacağını açıqlayıb. Yalnız bundan sonra Rusiya ilə danışıqlar başlaya bilər.
Elchi.az bildirir ki, bu barədə RBC Ukrayna prezidentinin amerikalı jurnalist Leks Fridmanla müsahibəsinə istinadən xəbər verir.
Ukrayna prezidenti ilə söhbətində Fridman deyib ki, o, yanvarın 25-də Zelenski, Tramp və Putinin danışıqlar masası arxasına oturaraq atəşkəs və güclü təhlükəsizlik təminatları barədə razılığa gəlib, sonra saziş imzalamasını arzulayır.
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə biz (söhbət Ukraynadan gedir – red.) ilk növbədə Trampla əyləşəcəyik. Biz müharibəni və Putini necə dayandıracağımızı razılaşdıracağıq”, – deyə Zelenski cavab verib.
Prezident vurğulayıb ki, Tramp Ukraynaya güclü təhlükəsizlik zəmanəti təklif edərsə, bundan sonra ruslarla söhbət ola bilər. “Və yalnız bu yolla, üçümüz dərhal oturmuruq” dedi.
Yeganə