Everest zirvəsinə qalxan alpinistlər üçün ağır yüklər daşıyan bələdçilər artıq dronlardan istifadə edərək bunu asanlıqla edə biləcəklər.
Elchi.az xəbər verir ki, gələn ay Everest dağına dırmaşma mövsümünün başlaması ilə ekspedisiya şirkətləri yüksək hündürlükdə təxminən 16 kiloqrama qədər faydalı yük daşıya bilən dronları sınaqdan keçirəcək.
Everestin əsas düşərgəsindən 1-ci düşərgəyə piyada daşınması normal olaraq 7 saat çəkəcək əşyalar hava ilə 15 dəqiqəyə daşına bilər.
Dron operatorları proqnozlaşdırırlar ki, yerli bələdçilərin üzərinə düşən yükü yüngülləşdirməklə, iqlim dəyişikliyi qar əriməsini sürətləndirdikcə artan ölümlə nəticələnən qəzaların baş vermə ehtimalını azalda bilər.
Təxminən bir ildir ki, operatorlar Çin istehsalçılarının hədiyyə etdiyi iki pilotsuz təyyarə ilə təcrübə aparırlar.
Pilotsuz uçuş aparatlarının ilkin qiyməti yüksək olsa da, zamanla qurumlar üçün xərcləri azaldacağı bildirilir.
Şayəstə Hüseynova