image-1641904358_a2backend

Əsir düşən erməni əsgərlərin yaxınları İrəvanda etiraz aksiyası keçirir

Ermənistanın Şirak rayonundan xidmətə göndərilən və yanvarın 11-də əsir götürülən hərbi qulluqçuların yaxınları respublika hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Alp.az xəbər verir ki, onlar oğullarının qaytarılmasını tələb edirlər.

Xatırladaq ki, Yeni il gecəsi hökumət binasının qarşısında həmin şəxslər oturaq aksiya keçirmişdilər. Onların əllərində ingilis dilində “Erməni hərbi əsirlərinə azadlıq” plakatı var idi.

Qeyd olunan rayondan xidmətə aparılan 62 məhbusdan yalnız 29-u ötən il ərzində Ermənistana qaytarılıb.

Xatırladaq ki, İrəvana verilən əsirlərin bir neçəsi artıq həbs olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki