Ermənilər tarixi saxtalaşdıraraq qədim Azərbaycan şəhəri olan Xankəndinin onların olduğunu iddia edir. Alp.az xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin yalanını ifşa edən fotolar yayımlanıb.
Belə ki, 1919-cu ilə aid olan poçt zərfinin üzərinə yapışdırılmış markada “Marka Xankəndi” yazı yazılıb.
Bildirək ki, Xankəndi adı 1923-cü ildə Rusiya İmperiyası tərəfindən dəyişdirilərək, “Stepanakert” adlandırılıb.
SSRİ-i dağıldıqdan sonra, 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman şəhərin tarixi adı bərpa edilib.