image-999backend

Ermənilər şokda:  İrana yalnız Azərbaycana pul ödəyərək gedə bilirik

“Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyir.” – Alp.az xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazır.

“Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyir. Azərbaycan gömrük məntəqəsi tərəfindən verilən çekdə deyilir ki, erməni iş adamları tərəfindən malların daşınması ilə məşğul olan fars sürücülər Qorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən istifadə etməkdə davam edirlər və bunun üçün azərbaycanlılara 130 dollar ödənilir. ” -bunu erməni nəşri qeyd edib.

Artıq erməni iş adamları etiraz sələrini ucaltmağa başlayıb. Lakin alternativ yol olmadığından İrana gedən bütün ermənilər bu yoldan istifadə edir.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan nəşrə açıqlamasında bu vergini normal olduğunu bildirib.

“İş adamları Azərbaycan ərazisinə giriş üçün pul ödəyirlər ki, bu da normal haldır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki