image-163836386661a772da2b0435-82757802backend

Ermənilər panikada: Azərbaycanlı neftçinin adını daşıyan təyyarə İrəvana enib

Azərbaycanın məşhur neftçisi Fərman Salmanovun adını daşıyan təyyarə İrəvan aeraportuna enib. Alp.az xəbər verir ki, bu  ermənilərin təşvişinə səbəb olub.

Ermənistan paytaxtına uçan təyyarə Rusiyanın Utair aviaşirkətinə məxsusdur.

Xatırladaq ki, təyyarənin adını daşıdığı Fərman Salmanov 1931-ci il iyulun 28-də Azərbaycanın Şəmkir rayonunun Morul kəndində anadan olub və 30 ildən artıq Sibirdə işləyib. Onun iştirakı ilə Qərbi Sibirdə 130-a yaxın neft və qaz yatağı kəşf edilmişdir. 1987-ci ildə SSRİ geologiya nazirinin birinci müavini kimi Moskvaya köçüb. Salmanov son günlərinə qədər Kalmıkiya Respublikasında neft və qaz axtarışı və kəşfiyyatı ilə məşğul olub. 2007-ci il martın 31-də Moskvada vəfat edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki