image-8backend

Erməni nəşrindən ŞOK İDDİA:” Paşinyan onun planlarına qarşı çıxanları məhv edir” 

Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Biri-birinin ardınca erməni müxaliflər, hətta Paşinyanın öz komandasının üzvləri həbs edilir.

“Paşinyan onun planlarına qarşı çıxan istənilən adamı sıradan çıxardır. İqtidar və ya müxalifətdə olmasından asılı olmayaraq Paşinyanın qoyduğu xətti tapdalayanlar məhv edilir, həbsə atılır.” –  Alp.az xəbər verir ki, bu iddianı ermənilərin “Past” qəzeti yazır.

Nəşrin iddiasına görə Paşinyan tərəfindən tapşırılan işləri yerinə yetirilməyənlər işdən qovulur və ya həbs edilir.

“Nikol Paşinyan Konstitusiyaya əlavə və dəyişiklikləri hazırlamaq üçün yeni komissiya yaratmaq qərarına gəlib. Artıq Ermənistanda 2022-ci ildə sonlarında prezident seçkisi keçirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, Ermənistan prezident idarə üsuluna keçir. Bir sözlə Paşinyan hakimiyyəti bölüşdürmək yox, tək idarə etməyə çox yaxındır”- nəşr qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki