image-armen_1538471750backend

Erməni nəşrindən şok iddia:“Erməni generallar Rusiyaya işləyir” 

“Ermənistan ordusunun yüksək rütbəli hərbiçiləri Rusiyanın kurasiyasında hərəkət edir” – Alp.az xəbər verir ki, bu iddia ilə ermənilərin “Joqovurd” qəzeti çıxış edib.

Qəzetdə bu gün dərc olunan məqalədə qeyd edilir ki, Ermənistanın bütün keçmiş müdafiə nazirləri və yüksək rütbəli hərbiçilər işdən çıxdıqdan sonra Rusiyaya üz tutur.

“Keçmiş müdafiə naziri Mikael Arutyunyan uzun müddətdir Rusiyada yaşayır və sonra onun Rusiya vətəndaşı olduğu üzə çıxıb. Davit Tonoyan MTN-in təcridxanasındadır, əks halda o da  Moskvaya da gedəcəkdi. Mikael Arutyunyan işdən çıxarıldıqdan sonra keçmiş müdafiə naziri Arşak Karapetyan da Moskvaya gedib. Müdafiə Nazirliyində yayılan söz-söhbətlərə görə, o, ora qısa müddətə gedib, amma fakt budur ki, azadlığa çıxandan sonra Moskvaya gedib və indi də oradadır. Müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvada fərqli statusu var. Yanvarın 5-də o, Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri ) təyin edilib. Məlum olur ki, müdafiə nazirləri azadlığa çıxandan sonra Rusiyada qalırlar. Həmçinin yüksək rütbəli hərbçilərimiz də Rusiyadadır. Bu onu deməyə əsas verir ki, erməni generallar Rusiyaya işləyir və təlimatı Moskvadan alırlar.” – “Joqovurd” qəzeti yazır.

Alp.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki