Ermənilər bir neçə gündür ki, təxribat törətməyə davam edir.
Müdafiə Nazirliyi açıqlamasında bildirir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.
Alp.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində çoxsaylı erməni əsgərinin məhv edildiyi qeyd edilir. Ermənilərin “Joqovurd” qəzeti isə iddia edir ki, Laçın rayonu yaxınlığındakı erməni hərbi hissəsi mühasirəyə düşüb və tərksilah edilib.