image-6666backend

Erməni mətbuatından ŞOK İDDİA:”ABŞ Zəngəzur dəhlizinin açılmasını istəyir”

“44 günlük müharibə olmasaydı, Mirzoyanla Blinken görüşməyəcəkdi”-bunu erməni politoloq  Suren Sarkisyan
deyib.

Alp.az xəbər verir ki,Sur en Sarkisyan öz Facebook səhifəsində ABŞ dövlət katibi Entoni Blinkenin Stokholmdakı görüşlərinə və ABŞ-ın regiondakı siyasətinə münasibət bildirib.

“ABŞ dövlət katibi Ermənistan və Azərbaycan başçıları ilə niyə görüşdü?

Dərhal deyəcəm. Görüş “regional” xarakter daşıyırdı. Yəni, əsas müzakirə mövzuları ikitərəfli gündəmlər deyil, Qarabağ münaqişəsi və 44 günlük müharibədən sonra yaranmış vəziyyət olub. Belə ikitərəfli gündəm yox idi . Fakt budur ki, 44 günlük müharibə olmasaydı, nə Pompeo və Mnatsakanyan, nə də Mirzoyan və Blinken görüşməyəcəkdi, çünki müzakirə olunacaq xüsusi bir şey yoxdur.

Cənubi Qafqaz müharibəsindən sonra ABŞ-ın siyasəti necədir?

1. Əvvəla, ABŞ qlobal fövqəldövlət kimi Cənubi Qafqazda gedən proseslərdə iştirak etməyə bilməz.

2. Üstəlik, söhbət təkcə kommunikasiyaların açılmasından deyil, həm də ATƏT-in Minsk qrupunun fəaliyyətindən gedir. Məhz buna görə də ABŞQarabağ münaqişəsinin hələ həll olunmadığını və tərəflərin yekun həll yolunun olmadığını bəyan edir. Bu o deməkdir ki,  ABŞ danışıqlarda iştirak etməlidir.

3. Son bir ildə ABŞ danışıqlar prosesindən bir qədər kənara çıxdı, yerini Rusiyaya verdi.

4. 3+3 formatının formalaşması həm də ABŞ-ın ən azı birbaşa təsir baxımından regional proseslərdən kənarda qalması demək olardı. Hesab edirəm ki, Gürcüstan ABŞ amilini nəzərə alaraq bu formatda iştirakdan imtina edir.

5. ABŞ İranın yanında və Rusiyanın güclü təsiri altında olan regionda təsirli faktor olaraq qalmaq istəyir.

Fakt budur ki, ABŞ bu Zəngəzur dəhlizinin açılmasını istəyir. Bu dəhlizdin açılması ABŞ-ın da maraqlarına xidmət edir”, – deyə Suren Sarkisyan yazıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki