Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, Qəzza zolağında 2 milyondan çox fələstinli ərzaq və ilkin tələbat mallarının kəskin çatışmazlığı ilə üzləşib.
Elchi.az bildirir ki, İsrailin Qəzzaya humanitar yardım göndərilməsini qadağan etdiyi üçün təxminən 2,3 milyon insan qida, dərman və ilkin tələbat mallarından məhrumdur.
“Əl-Cəzirə” qeyd edir ki, artıq bir həftədir ki, evlərin qızdırılması və elektrik generatorlarının işləməsi üçün lazım olan yanacaq Qəzza zolağına çatdırılmır.
“Qəzza zolağının sakinləri dağıntılar arasında ev tikmək üçün yararlı olan hər hansı material axtarırlar”, – deyə telekanal aydınlıq gətirib.
İsrail və HƏMAS ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə yanvarın 19-dan etibarən Qəzzada atəşkəs haqqında razılığa gəliblər. Razılaşmanın birinci mərhələsi martın 1-də başa çatdı, 8 nəfərin cəsədi də daxil olmaqla 33 israilli girov vətənlərinə qaytarıldı. Bunun müqabilində İsrail 1500 fələstinlini həbsxanadan azad etdi, onlardan bəziləri Qəzza zolağından kənara çıxarıldı.
Martın 2-də İsrail Qəzzaya humanitar yardımın nəqlini dayandırıb və HƏMAS-ın ABŞ-ın xüsusi elçisi Steven Witkoffun anklavda atəşkəslə bağlı danışıqları davam etdirmək planını qəbul etməkdən imtina etməsi səbəbindən bütün keçid məntəqələrini bağlayıb.
Yeganə