ABŞ prezidenti Donald Tramp administrasiyasının Fələstinə dəstək nümayişlərində önə çıxan Harvard Universiteti ilə danışıqlar aparmağa çalışdığı iddia edilib.
Elchi.az ABŞ-da Tramp administrasiyası ilə Fələstinə dəstək nümayiş etdirən Harvard Universiteti arasında gərginlik davam edir.
CNN-in hesabatında hökumətin danışıqlar səyləri ilə bağlı məsələdən xəbəri olan bir məmurun söylədiyi iddialar yer alıb.
Rəsmiyə görə, rəhbərlik keçən həftə üç dəfə universitet nümayəndələri ilə əlaqə saxlamağa çalışsa da, Harvard tərəfi bu müraciətə müsbət cavab verməyib.
Digər mənbələr CNN-ə bildiriblər ki, administrasiyanın danışıqlar aparmaq səyləri qeyri-rəsmidir.
Tramp və Harvard arasında mübahisə
Tramp administrasiyası Fələstin tərəfdarı kampus etirazlarını və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını əsas gətirərək Harvard da daxil olmaqla bir neçə universitet üçün federal maliyyəni dondurmaqla hədələyib.
Administrasiya, müxtəlif təşkilatlar tərəfindən Harvard Universitetinə verilən qrantların “vətəndaş hüquqları qanunlarına uyğun istifadə edilməsini təmin etmək üçün” 8,7 milyard dollardan çox qrantla bağlı araşdırma açdığını açıqladı.
Harvard Universiteti federal administrasiyanın bu təhdidinə cavab olaraq Trampın “universitetdə islahatlar aparılması” tələblərini qəbul etməyəcəyini açıqlayıb. Harvard Universitetinin professorları Tramp administrasiyasının məktəbə federal maliyyə ayırdığı 8,7 milyard dolları araşdırmaq qərarına etiraz edərək məhkəməyə müraciət ediblər.
Tramp administrasiyası həmçinin Harvard üçün 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.
Nuranə Məmmədova