QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olduğu “Sosial sahibkarlıq təşəbbüsləri” adlı layihəsi çərçivəsində tənha analarla olan təlimlərinə start verib. Elchi.az xəbər verir ki, bu barədə layihə rəhbəri – Yeganə Mirzəyeva açılış nitqi ilə çıxış edərək layihə haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Layihənin ilk təlimi “İcma yaranması” mövzusuna həsr olunub.
Təlim müddətində iştirakçılara ehtiyaclar iyerarxiyası, qərar vermə bacarığının formalaşdırılması, məqsəd və hədəfin təyini, emosional zəkanın inkişafı, sosial zəkanın formalaşdırılması haqqında məlumatlar verilib.
Təlimlərin məqsədi iştirakçıların sosial sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq, icma mühitində effektiv fəaliyyət göstərmələrini təmin etməkdir. Qeyd edək ki, təlimlər sosial işçi Günel Babayeva tərəfindən aparılıb.
Layihə çərçivəsində həmçinin, psixoloq Gülnar Rüstəmova tərəfindən analarla qrup terapiyaları da həyata keçirilib.
Terapiyada həssas qrupdan olan qadınlarla daha yaxından tanış olunaraq onların bir-birilə sosiallaşmasına dəstək verilib. Bununla yanaşı, anaların öz dəyərini kəşf etmələri və bir-birinə dəstək olmaları üçün çalışmalar aparılıb.
Son olaraq layihəyə göstərdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür bildirilib.
Havar Şəfiyeva