image-1724924715_dasbackend

Bu universitetin tələbələrinin 2 diplomu olacaq

Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrinin ali məktəbi bitirdikdə iki diplomları olacaq.
Elchi.az xəbər verir ki, bunu Report-a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Mehmet Cahid Güran deyib.
Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.
“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, – rektor deyib.
Rektor bildirib ki, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki