image-thumbs-b-c-ef28dc6c558f3e6897fe377adb539b9cbackend

Braziliya lideri: “ABŞ-ın tariflərinə ticarətlə cavab verəcəyik”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna reaksiya göstərərək, “Biz kommersiya baxımından cavab verəcəyik; ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcəyik, ya da ABŞ-dan idxal etdiyimiz məhsullara vergi tətbiq edəcəyik” deyib.
Elchi.az xəbər verir ki, ölkəsində radioda çıxış edən Lula da Silva əlavə gömrük rüsumlarının heç kimə fayda verməyəcəyini müdafiə edib.
“Biz ticarətlə cavab verəcəyik; ya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcəyik, ya da ABŞ-dan idxal etdiyimiz məhsullara vergi qoyacağıq” dedi Lula da Silva. dedi.
Trampla prezident seçildikdən sonra görüşmədiyini bildirən Lula da Silva, “Biz müharibə deyil, sülh istəyirik. ABŞ-ı çox vacib bir ölkə olaraq görürük. Ümid edirəm ki, ABŞ da bizim üçün eyni cür düşünür” deyib.
ABŞ-ın İkinci Dünya Müharibəsindən bu yana “dünyanın demokratiyanı qoruyan gücü” və “qlobal nizamın şerifi” roluna zidd siyasətlər yürütdüyünü deyən Lula da Silva, Trampın son siyasətlərinə bu sözlərlə reaksiya verdi:
“Amerikalılar üçün indi yalnız Amerika var. Onlar üçün bu: “Hər məhsula vergi qoyacağam, Qrenlandiyanı götürəcəyəm, Kanadanı ilhaq edəcəyəm, Panama kanalını ələ keçirəcəyəm, milyonlarla insanı deportasiya edəcəyəm”. “Bu, məni narahat edir. Çünki dünyada həqiqətən risk altında olan demokratiya, ən yaxşı hökumət sistemidir. Amma Tramp istədiyini edə bilməz. Əgər başqa ölkələrə təsir edəcək addımlar atsa, mütləq əks reaksiya olacaq”.
Milli mediaya görə , Braziliya ABŞ-a ikinci ən böyük polad tədarükçüsü kimi tanınır.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki