image-images-19backend

Borrell Avropada ciddi texnoloji geriləmə olduğunu açıqladı

Avropada ciddi texnoloji geriləmə var və bu, geosiyasi kontekstdə çox təhlükəli olur.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.
Avropa diplomatiyasının rəhbəri Ukraynaya bir milyon döyüş sursatı tədarükü ilə bağlı vədin yerinə yetirilməməsi fonunda müvafiq bəyanatla çıxış edib . “Ordularımızı yenidən təchiz etməkdən çox uzaqdayıq. Biz Ukraynaya bütün lazımi yardımı göstərmək fikrindən uzağıq”, – deyə o vurğulayıb.
Borrell avropalıların yaşadıqları siyasi mühitdən xəbərsiz olduqlarına diqqət çəkib. “Biz sərt, münaqişələrlə dolu, parçalanmış bir dünyada yaşayırıq” -deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki