image-72756backend

BMT məruzəçiləri Konqoya “təcili humanitar yardım” göstərməyə çağırıblar

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri Konqo Demokratik Respublikasında (DRC) təhlükəsizlik qüvvələri ilə üsyançı qrup 23 Mart Hərəkatı (M23) arasında davam edən qarşıdurma səbəbindən çətin vaxt keçirən mülki insanları qorumaq üçün “təcili humanitar yardım və siyasi həll yolu” çağırıblar.
xəbər verir ki, BMT məruzəçiləri Konqo Demokratik Respublikasında baş verənlərlə bağlı yazılı açıqlama veriblər.
Konqo Demokratik Respublikasının şərqində didərgin düşmüş mülki şəxslərin qarşıdurma səbəbiylə çətin günlər keçirdiyinə diqqət çəkən açıqlamada, “Konqodakı mülki insanları qorumaq üçün təcili humanitar yardım və siyasi həll çağırışı edirik. Onlardan narahatıq” – ifadələrdən istifadə edilmişdir.
M23 qrupu ilə müttəfiq milislər və DRC təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların şiddətləndiyi vurğulanan bəyanatda əlavə edilib: “Keçən ayın əvvəlindən bu yana Goma və ətraf bölgələrdə toqquşmalar səbəbilə ən azı 700 min insan didərgin düşüb. Ən azı 900 nəfər həlak olub, 2000-dən çox insan isə yaralanıb”. Açıqlamada M23-ün birtərəfli atəşkəs bəyannaməsinə baxmayaraq, mülki şəxslərin təhlükə altında qaldığı vurğulanıb və DRC-də ciddi qida və sığınacaq çatışmazlığının olduğu qeyd edilib.
Açıqlamada ölkənin şərqində elektrik və içməli suyun olmadığı, epidemiyaya meylli olan bölgədə yoluxucu xəstəliklər riskinin artdığı qeyd edilib.
“Tibb müəssisələri sıxılıb və yaralılara lazımi tibbi yardım göstərə bilmir”. Bəyanatda vurğulanır ki, DRC-də vəziyyət humanitar obyektlərin geniş şəkildə talan edilməsi və humanitar yardıma icazənin verilməməsi ilə daha da pisləşib.
“Biz beynəlxalq ictimaiyyəti DRC hökumətinin məcburi köçkünləri qoruması və onlara kömək etməsini təmin etmək üçün səylərini və maliyyəsini artırmağa çağırırıq. Bu zorakılıq və köçkünlük dövrünə son qoymaq üçün düzgün araşdırmalar və qanun pozuntularına görə cavabdehlik və uzunmüddətli siyasi həll lazımdır”, – bəyanatda deyilir. ifadələrdən istifadə edilmişdir.
DRC-nin şərqindəki münaqişələr səbəbindən ilin əvvəlindən 500 mindən çox insan didərgin düşüb.
Bölgədəki bir çox kənd və qəsəbəyə nəzarəti ələ keçirən M23 son olaraq Şimali Kivu əyalətinin mərkəzi Qomanı ələ keçirdi.
BMT və DRC-nin M23-ə dəstək verməkdə ittiham etdiyi Ruanda bu iddiaları rədd edir.
23 mart 2009-cu ildə DRC-nin şərqində təhlükəsizliyin təmin edilməsi üçün region ölkələrinin imzaladığı sülh müqaviləsinin iflasından sonra 23 Mart Hərəkatı adı ilə ortaya çıxan qrup daha sonra M23 olaraq tanınmağa başladı.
M23 əsasən Ruanda prezidenti Paul Kaqamenin qəbiləsindən olan Tutsilərdən ibarətdir.
BMT-nin xüsusi məruzəçiləri “İnsan Haqları Şurasının xüsusi mexanizmləri” kimi tanınan prosesin bir hissəsi kimi tanınırlar.
BMT-nin İnsan Hüquqları sistemindəki müstəqil xüsusi mexanizmlər, dünyanın istənilən yerində konkret ölkənin vəziyyətini və ya tematik məsələləri həll edən Şuranın müstəqil faktaraşdırma və monitorinq mexanizmləri kimi seçilir.
Qurumun tərkibinə daxil olmayan xüsusi mexanizmlərin ekspertləri öz işlərini müstəqil və könüllülük əsasında həyata keçirirlər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki