image-0f03f2e9680b4ae94c30594613d8dc5cbackend

Bloomberg: Generalların işdən çıxarılması ABŞ ordusunu şoka salır

ABŞ-ın iki baş qərargah rəisinin işdən çıxarılması Amerika hərbçilərini şoka salıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis “Bloomberg” üçün məqaləsində bildirib.
Stavridis zaman keçdikcə bu işdən çıxarılmaların Amerika hərbçilərinin sıralarında parçalanmaya səbəb olacağını vurğulayıb.
“Təsirləri zamanla yuxarıdan aşağıya doğru hiss olunacaq.
Fevralın 22-də ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri , general Çarlz Braunu tutduğu vəzifədən azad etdiyi bildirilir. Bu vəzifəyə namizəd ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den “Razin” Keyndir. İndi onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki