image-97efda72-eb17-3692-83c1-be27632d1746_850backend

Bir neçə ölkə “Taliban”a qarşı iddia qaldıra bilər

Almaniya, Avstraliya, Kanada və Niderland Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə Taliban hökumətinə qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.

Elchi.az  xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.

Bildirilib ki, Almaniya və bir sıra müttəfiq dövlət “Taliban”dan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə bu mövzuda məsləhətləşmələr aparmaq niyyətindədir. Müəyyən müddət ərzində heç bir addım atılmayacağı halda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər”, – nəşr qeyd edib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki