Bakıda iqlim maliyyəsi sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“COP29 komandası dünyanın hər yerindən gələn nümayəndələri COP-un qarşıdan gələn 29-cu sessiyasına gedən yolda mühüm tədbirdə səmimiyyətlə salamlayır”, – paylaşımda qeyd edilib.