image-a4184e3a-3816-3f6b-9104-668285ac151a_850backend

Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

Elchi.az TASS-a istinadən xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi, Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki