image-dernegul_metro_7backend

Bakı metrosunda yenə gecikmə…

Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkət qrafikində yenidən gecikmə qeydə alınıb.

Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, metronun “Azadlıq prospekti” stansiyasında qatarlar arasındakı interval 7 dəqiqəni keçib. Bu səbəbdən stansiyalarda sıxlıq yaranıb.

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, intervalın bu həddə çatmasının səbəbi stansiyalarda yaranan sıxlıqla bağlıdır.

“Qatarlarda hər hansı nasazlıq və texniki xarakterli problem yoxdur”, – deyə B.Hacıyev bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki