image-4c36b6ab-fd70-38c3-8952-98d607d286b3_850backend

“Bakı Beton Konstruksiyaları” təkrar hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Beton Konstruksiyaları” MMC-nin təsis paylarının satışı üzrə təkrar hərrac keçirəcək.

Elchi.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərrac gələn il yanvarın 7-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, Dövlət Xidmətinin hesabına beh ödəməlidir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki