image-30backend

Azərbaycanda çörək istehsalı artıb

2024-cü il ərzində Azərbaycanda 1 milyon 196.8 min ton çörək istehsal olunub.

Dövlət Statistika Komitəsindən Elchi.az-a verilən məlumata görə, çörək istehsalı əvvəlki illə müqayisədə 1044 ton artıb. Belə ki, 2023-cü ildə ölkədə 1 milyon 195.8 ton çörək istehsal edilmişdi.

Qeyd edək ki, ötən il unlu qənnadı məmulatların istehsalı əvvəlki illə müqayisədə 7.6% artaraq 72 min 752 ton təşkil edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki