image-55backend

“Azərbaycan və Türkiyə Ermənistana barış əlini uzadıb“ – Hulusi Akar

“Azərbaycan və Türkiyə prezidentləri Ermənistana barış əli uzadıblar. Bizim niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın”.

Alp.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.

“Bizim dərdimiz torpaqlarımıza göz dikilməməsidir. Bizim dərdimiz budur. Bizim heç kimin torpağında gözümüz yoxdur”, – nazir vurğulayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki