“Ordunun qısa zamanda formalaşdırmaq mümkün deyil. Ən azı 5 il lazımdır ki, peşəkar ordu formalaşdırılsın” – Alp.az xəbər verir ki, bunu Real Televiziyasının efirində hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert bildirib ki, dünya qıza zaman kəsiyində Azərbaycanın modern və peşəkar ordu yaradacağına inanmırdı.
“Döyüşün ilk günlərində dünyanın bir çox hərbi ekspertləri müharibəni hansı gedişdə davam edəcəyini analiz edə bilmirdi. Amma Azərbaycan ordusu qısa zaman kəsiyində düşmən ordusunun darmadağın etdi. Azərbaycan bir çox sılahları modivikasiya edərək dünya hərb sənətinə imzasını atdı. Hər il yeni texnika almaq mümkün deyil. Məhz bu səbəbdən Azərbaycan silahları modivokasiya edərək bir çoxunun profilini dəyişdi. Məhz bu amil 44 günlük savaşda zəfər çalmağımıza şərait yaratdı. Azərbaycan ordusunun qısa zamanda böyük ərazini düşməndən təmizlənməsi dünyanı şoka salmışdı “- deyə hərbi ekspert bildirib.