Ötən ilin genişləndirilmiş məlumatına əsasən, Azərbaycanda işləyənlərin təxminən 80 faizi orta əməkhaqqından az, 20 faizi isə orta əməkhaqqından yüksək maaş alır.
Elchi.az Sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın 1-də ölkəmizdə orta əməkhaqqı 923 manat olub və həmin tarixdə 1 milyon 733 min işçi çalışıb. Bu işçilərin 22.4 faizi, yəni 388 min nəfəri 900 manatdan çox, işçilərin 77.6 faizi, yaxud 1 milyon 345 min nəfəri 900 manatdan az maaş alıb.u
Çalışanların 10.7 faizi, yəni 185 min nəfərinin maaşı minimum əməkhaqqından da azdır. Daha 257 min işçi isə təxminən minimum əməkhaqqı səviyyəsində maaş alır. Azərbaycanda 1500 manat və artıq maaş alanlar da çoxdur. Bu qədər maaş alanların sayı 158 min nəfərə yaxındır.