image-download-14backend

Avstriyada 2400 suriyalı sığınacaq müraciəti ləğv ediləcək

Avstriya Daxili İşlər Nazirliyi 2400 suriyalının sığınacaq ərizəsini ləğv etmək üçün hüquqi prosedurlara başlayıb.
Elchi.az xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyi Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından 2400 suriyalının sığınacaq müraciətinin ləğvi üçün hüquqi prosesin başladığını açıqlayıb.
Açıqlamada 2025-ci ilin yanvar ayında bu ölkədən sığınacaq müraciətlərinin yüzdə 55 azaldığı və ümumilikdə 618 nəfərin sığınacaq üçün müraciət etdiyi bildirilib.
Bəyanatda bu günə qədər yalnız 80 suriyalının könüllü olaraq geri döndüyü, Əsəddən sonra sığınacaq müraciətlərinin qəbul edildiyi, lakin heç bir prosesin başlanmadığı qeyd edilib.
Avstriyada 100 mindən çox suriyalının olduğu bildirilsə də , Daxili İşlər Nazirliyinin hazırladığı, deportasiya, geri qaytarma və sığınacaq müraciətləri ilə bağlı proseslərin dayandırılmasını ehtiva edən proqramdan təxminən 40 min adamın təsirlənəcəyi təxmin edilir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki