Avstraliyanın Kvinslend ştatında okean çimərliyində çimərkən köpək balığının hücumuna məruz qalan 17 yaşlı qız ölüb.
Elchi.az xəbər verir ki, Avstraliyanın ABC Yayım Korporasiyası xəbər verir ki, Brisbane şəhərinin şimalında, Bribie adasında okean çimərliyində çimərkən gənc qız köpək balığının hücumuna məruz qalıb.
Səlahiyyətlilər, adanın cənub-şərqindəki Woorim çimərliyində üzən gənc qızın bədəninin yuxarı hissəsindən xəsarət aldığı hücumda öldüyünü təsdiqləyib.
Səlahiyyətlilər, təcili tibbi yardım qruplarının hücum xəbərlərini aldıqdan sonra bölgəyə getdiyini və Woorim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqladı.
Xəbərdə hücuma məruz qalan gənc qızla bağlı başqa təfərrüatlar paylaşılmayıb.
Məlumdur ki, bu hücum Avstraliyanın Kvinslend əyalətində son 3 ayda 3-cü köpəkbalığı hücumudur.
Woorim çimərliyinin üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazi olduğu deyilir.
Nuranə Məmmədova