Norveç Xarici İşlər Naziri: Tramp müttəfiq ölkələri gözlədiyindən daha çox dinləyir.
Elchi.az xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eide ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya dəstəyini tamamilə dayandıracağına şübhə edib. O, “European Pravda”ya müsahibəsində qeyd edib ki, gələcək dövlət başçısı avropalıları gözlədiyindən də çox dinləyir.
O, Trampın Kiyevə dəstəyi “tezliklə azalda biləcəyinə” getdikcə daha az əmin olduğunu söylədi. “Onun fikrincə, yardımı kəsmək qərarı Trampın zəifliyi kimi qəbul ediləcək və təkcə Ukrayna üçün deyil, həm də Trampın özü üçün problemə çevriləcək”.
“Beləliklə, bununla bağlı narahatlığım azaldı. İndi belə görünür ki, Tramp öz müttəfiqlərini hamının gözlədiyindən daha çox dinləməyə başlayıb”, – Espen Bart Eide bildirib.
Dekabrın 13-də Donald Trampın komandası Co Bayden administrasiyası və Ukrayna nümayəndələri ilə Ukrayna münaqişəsini müzakirə etməyə başlayıb. Kiyev danışıqların ab-havasını müsbət adlandırıb, lakin hələ ki, həll üçün konkret təkliflər almayıb. NBC News mənbələri etiraf edir ki, Tramp Rusiyanı danışıqlara sövq etmək üçün NATO-da Ukraynaya dəstəyi məhdudlaşdıra bilər.
Şayəstə Hüseynova