image-42backend

“ATƏT ləğv edilməlidir”-Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, ATƏT-in Minsk Qrupu və ona aid qurumlar ləğv edilməlidir.

Elchi.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Minsk Qrupunun buraxılması faktını Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa İttifaqı Şurasının nümayəndəsinin oktyabrda qəbul edilmiş birgə bəyanatı da təsdiq edir.

“Minsk qrupu öz fəaliyyət obyektini itirib. Aydındır ki, aradan qaldırılmalıdır, bu yetkin tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına kömək etmək məqsədi daşıyır. Buna əlavə edəcək heç nəyim yoxdur”, – deyə o, bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki